...Deyilənlərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə keçirdiyi mətbuat konfransında jurnalistə qarşı kobudluq edib. O, “ATƏT-in dağılmasından” danışaraq, “indi bu strukturun fəaliyyətinin heç bir mənasının olmadığına” da eyham edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Obozrevatel.com” xəbər verir.

Qeyd edək ki, Lavrov, hazırda ATƏT-in saxlanılması uğrunda mübarizədə maraqlı olmadığını da dilə gətirib.

Əsas hissin biganəlik olduğunu deyən rusiyalı nazir, bu təşkilatla nə baş verdiyinin onu maraqlandırmadığını da gizlətməyib.

Maraqlıdır ki, alman jurnalistlərindən birinin Rusiyanın ATƏT-dən çıxmasının mümkünlüyü ilə bağlı ona ünvanlanan suala, deyilənlərə görə, Lavrov kobudluqla cavab verib.

“…Jurnalist kimi harada təhsil almısınız, bilmirəm” deyən Lavrov, “Almaniyada hər şeyi jurnalistlərə izah etməyin adət olduğunu bilirəm, amma burada şərhə yer buraxırıq”-deyə əlavə edib.

Yeri gəlmişkən bəzi iddialara görə, Sergey Lavrov ATƏT-in noyabrın 30-da Şimali Makedoniyanın Skopye şəhərində keçirilən sammitində açıq şəkildə müharibə və hərbi cinayətləri xarici siyasətə təsir vasitəsi kimi dəstəklədiyi deyilir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Lavrovun noyabrın 30-da ATƏT-də çıxışı zamanı bir neçə nümayəndə zalı tərk edib. Bu ölkə nazirinin çıxışını boykot edən nümayəndələr arasında Litva, Latviya, Estoniya, Polşa və Ukrayna da olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə