Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya İqlim Dəyişikliyi Sammitinin (COP28) 28-ci sessiyasında İranı təmsil edən nümayəndə heyəti sammiti tərk etmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, İran nümayəndə heyətinin rəhbəri Əli Əkbər Mahrabian sammitdə İsrail prezidenti İsxak Hersoqun iştirak etməsi münasibətilə sammiti tərk etdiklərini deyib.
Ekber Mahrabian deyib: “İran olaraq sionist İsrail rejiminin sammitdə iştirakının iqlim dəyişikliyi məsələsinə toxunan iclasın məqsədlərinə zidd olduğuna inanırıq. Buna reaksiya olaraq, sammiti tərk etmək qərarına gəldik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB