Tramp polislərin məsuliyyətə cəlb edilməsini istəyir

...6 yanvar 2021-ci ildə Kapitoli yaxınlığındakı iğtişaşlar zamanı ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarını döyən polis məsuliyyətə cəlb edilməli və cinayət cəzası ilə üzləşməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində bildirib.

O, komediyaçılar və onun tərəfdarları olan Hodge əkizlərinin daha əvvəl X sosial şəbəkəsindəki səhifəsində dərc etdikləri mesajı öz səhifəsində təkrar yerləşdirib.

...Kapitol polisləri günahsız 6 etirazçını döymüşdülər və video nəhayət ortaya çıxır. Polislərə qarşı ittiham irəli sürülməli və etirazçılar azad edilməlidir.

Bu bəyanatda deyilir.

Maraqlıdır ki, ABŞ Konqresi binasına basqın edən və daha çox Şaman kimi tanınan iğtişaşçı Jecob Çensli ABŞ Konqresinə namizəd olmaq qərarına gəlib.

Onun 2024-cü ildə Arizona ştatının 8-ci Konqres Dairəsi üçün Libertar olaraq namizəd olacağı bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə