70 yaşında əkiz uşaq dünyaya gətirdi

70 yaşında əkiz uşaq dünyaya gətirdi

Uqandanın paytaxtı Kampalada 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası sosial media hesabından verdiyi açıqlamada 70 yaşlı Safina Namukbayanın biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirdiyini açıqlayıb.

Açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də "insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu" ifadə edilib.

Afrikanın "ən yaşlı doğum edən qadın" olduğu təxmin edilən qadının müalicə aldığı və ilk dəfə ana olduğu bildirilib. Qadın illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən alçaldığını deyib. Ana və uşaqların vəziyyətinin yaxşı olduğu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə