Rostov-na-Donuda “Temernik” geyim bazarı yanır

Rostov-na-Donuda “Temernik” geyim bazarı yanır

Rostov-na-Donuda “Temernik” geyim bazarı yanır. Yanğın sahəsi 2000 kvadratmetrə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu xəbərin dərci zamanı yanğını (saat 00:42) lokallaşdırmaq mümkün olmayıb. Hələ ki, tələfatın da qeydə alınmadığı deyilir.

Regional Fövqəladə Hallar Nazirliyinin “161.ru”-ya istinadən verdiyi məlumata görə, yanğın Moskva vaxtı ilə saat 20:30 radələrində başlayıb.

İki saat sonra onun sahəsi 2000 kvadratmetrə çatıb.

TASS dövlət xəbər agentliyi bazarın direktoru Şamil Karabaşova istinadən xəbər verir. Hadisə yerinə 113 yanğınsöndürən və 33 texnika cəlb olunub. Rusiya Fövqəladə Hallar Nazirliyi qeyd edir ki, söndürmə “pavilyonların sıx tikintisi və yanğının sürətlə yayılması ilə çətinləşir”.

Telegram kanalları yerli sakinlərə istinadən yanğının partlayışlardan sonra baş verdiyini bildiriblər.

“Don Mash” kanalına şərhində Karabaşev bildirib ki, qısaqapanma yanğına səbəb ola bilməz, çünki təhlükəsizlik tədbirləri daim yoxlanılır.

“Shot” kanalı bazarda olan elektrik avadanlıqlarının bu yaxınlarda yoxlanıldığını və heç bir qanun pozuntusunun aşkar edilmədiyini iddia edir.

Hadisə yerində çalışan müxbirlər bildirirlər ki, ticarətçilər mallarını yanğından xilas etməyə çalışır, buna görə də ərazini mühasirəyə almaq üçün bazara çevik polis əməkdaşları və yol polisi dəstələri gəlib.

Xatırladaq ki, 2017-ci ildə də “Temernik” bazarında böyük yanğın baş vermişdi və o zaman səbəb kimi güclü külək göstərilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə