Türkiyənin Bodrum şəhərində öldürülən rus qadın İrina Dvizova ölümündən bir müddət əvvəl evini satıb köçməyə hazırlaşırmış.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yerli “Sabah” nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, qadın təhlükəni təxmin edirmiş. Mənbə bildirir ki, Dvizova əvvəllər dostlarına keçmiş sevgilisindən mütəmadi olaraq təhdidlər aldığını etiraf edib.
Bunun fonunda rusiyalı qadın hətta Türkiyədəki evini satıb Bodrumu tərk etməyə də cəhd edib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyədə qətlə yetirilən iki Rusiya vətəndaşının cəsədi öz evində tapılmışdı və sonradan onun İrina Dvizova və qızı olduğu üzə çıxdı.
İstintaqın fikrincə, cinayətdə əsas şübhəli şəxs Dvizovanın bir vaxtlar Bodruma onunla birgə köçdüyü keçmiş sevgilisidir.
Onu da qeyd edək ki, sonradan cütlük ayrıldı və əri Litvaya köçdü.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB