Ruslar Ukrayna müharibəsində yeni problemlə üzləşib..?

“Dezertir”liyin qabağını almağın ən ideal yoluŞ yoxsa..?
Ruslar Ukrayna müharibəsində yeni problemlə üzləşib..?

...Ruslar qorxudan Ukraynanın geniş ərazilərini minalayırlar və bu minalanmış sahələrin xəritələri sadəcə olaraq mövcud deyil, bu da onlar üçün problemə çevrilir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, “Kanal 24” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, təlimatçı pilotu və ehtiyatda olan polkovnik Roman Svitan danışıb.

Onun dediyinə görə, rusların bir bölməsi gedəndə və digərləri onları əvəzləyəndə, heç kim heç kimə mina sahələrinin xəritəsini vermir. Çünki bu, sadəcə olaraq, mövcud deyil. Bundan əlavə cığırların xəritəsini təhvil vermək də mümkün deyil. Onlara sadəcə olaraq tapşırıq kimi, hansı yolla gedib gəlməyi, harada durmağı və harada olmamağı göstərirlər. Həmən ərazidən çıxdın, deməli o dünyalıqsan.

Svitanın fikrincə, ruslar hər şeyi minalayırlar, təsəvvür edin ki, minanın üstündə mina var və üstü də elə minalarla örtülüb.

...Müvafiq olaraq, növbəti divizion belə bir maraqlı problemə girir. Onları hər hansı bir mövqeyə aparıb heç yerə gedə bilməməmələrini tapşırırlar, çünki ətrafda minalarla doludur, mina sahələrinin xəritəsi isə yoxdur.

Ona görə də onlara “oturun oturduğunuz yerdə” deyirlər. ...Hə, mən də elə düşünürəm, gör, bu nə qədər “dezertir”liyin qabağını alır?..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə