Rusiya Federasiyası Mərkəzi Bankının uzun müddətdir ki, əhalinin artan borc yükü, xüsusən də istehlak kreditləri ilə bağlı xəbərdarlıq etdiyi məlumatlara görə, bəzi ruslar əslində borc tələsinə düşmək riski daşıyırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Moscow Times” yazır.
Zahirən hər şey normal görünür. Əhalinin borc yükü (borca xidmət əmsalı) III rübdə 10,6 faizdən 10,9 faizə yüksəlib, lakin bu, normal səviyyədir: 2019-cu ilin əvvəlindən 9,5-12,1 faiz arasında dəyişib. Son bir ildə istehlak kreditləri təxminən əmək haqqı ilə eyni məbləğdə artıb.
…Mərkəzi Bankın maliyyə sabitliyi departamentinin direktoru Yelizaveta Danilova, kreditləşmənin onsuz da borc içində olan vətəndaşların hesabına artmasından narahat olduğunu gizlətməyib.
Qeyd edilir ki, istehlak krediti portfelində üç və daha çox krediti olan borcalanların payı 47 faizə yüksəlib. Bir il əvvəl isə onlar portfelin 41faizini təşkil edirmiş.
…Müharibə başlayandan sonra kreditləşmə əsasən ardıcıl borcalanların hesabına artıb. Bunu Mərkəzi Bankın statistikası təsdiqləyir.
Belə ki, 2022-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər il yarım ərzində bir və iki krediti olanların sayı demək olar ki, dəyişməz qalıb, iki krediti olanların sayı isə bir qədər çox artıb, üç və ya daha çox olanlar isə 29 faiz artıb.
Mütəxəssislərə görə, bu, qismən ipoteka bumunun nəticəsidir: mənzil qiymətləri qalxdı və bir çox borcalanlar ipotekadan əlavə istehlak krediti də götürməyə başladılar - təmir üçün və ya hətta ilkin ödəniş üçün. Mərkəzi Bank ipoteka krediti alanların əməliyyatdan əvvəl və sonra davranışlarını müqayisə edərək müəyyən edib ki, hər dördüncü borcalan təmir üçün, ilkin ödəniş üçün isə təxminən 6 faiz kredit götürə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB