Ukraynaya məxsus pilotsuz uçan aparat Bryansk vilayətində vurulub
Rusiya Müdafiə Nazirliyi Bryansk vilayətində hava hücumundan müdafiə sisteminin nəticələri barədə məlumat yayıb. SİA bu barədə rus saytlarına istinad edir.
Departamentin mətbuat xidməti qeyd edib ki, cümə axşamı, noyabrın 30-da saat 17:30 radələrində Ukraynaya məxsus pilotsuz uçuş aparatı regionun səmasında məhv edilib.
Öz növbəsində, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatının Komariçski rayonu üzərində vurulmasına aydınlıq gətirib. Rayon rəhbəri qeyd edib ki, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.
Müdafiə Nazirliyi əlavə edib ki, cəmi bir gün ərzində Rusiya Federasiyasının müxtəlif regionlarında doqquz Ukrayna pilotsuz təyyarəsi vurulub. Hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Tokarevka, Donetsk Xalq Respublikasının Lipovoe və Maryinka, Zaporojye vilayətinin Pşeniçnoye və Xerson vilayətinin Çaplinka yaşayış məntəqələrinin ərazilərində tətbiq edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB