Argentina BRİKS-ə qoşulmayacağını bildirib

Argentina BRİKS-ə qoşulmayacağını bildirib

Prezidentin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino, Argentina lideri Xavyer Miley hökumətinin BRİKS-ə üzv olmaq planlarının olmadığını bildirib.

“...Argentina BRİKS-ə qoşulmayacaq”.

SİA-nın əldə etdiyi məlumata görə, Diana Mondino bunu X sosial şəbəkəsində yazıb

Qeyd edək ki, bir müddət bundan əvvəl Mondino TN telekanalına müsahibəsində, ölkəsinin Çin, Braziliya və Rusiya ilə münasibətləri kəsmək fikrində olmayacağını demişdi.

Argentina prezidenti Xavyer Miley ölkənin BRİKS-də iştirakı ilə bağlı mövqeyini Amerika rəsmilərinə bildirdiyini də bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə