Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-də çıxışı zamanı bir neçə nümayəndə zalı tərk edib. Lavrovun sammitə dəvət edilməsi bəzi ölkələrin mənfi reaksiyasına səbəb olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Qeyd edək ki, Rusiyalı nazirin çıxışını boykot edənlər arasında Litva, Latviya, Estoniya, Polşa və Ukrayna da var.
ABŞ və Avropa İttifaqının yüksək səviyyəli diplomatları sammitdən əvvəl yalnız şam yeməyinə qatılıblar. Lavrovun gəlmədiyi sessiya iclasında onları müavinləri təmsil etmişdi. Yeri gəlmişkən, Bolqarıstan Lavrovun hadisənin baş verdiyi Skopye marşrutu ilə onun ərazisi üzərindən uçmasına razılıq verməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB