Lavrovun dediyinə görə, ATƏT “uçurumun astanasındadır”

Lavrovun dediyinə görə, ATƏT “uçurumun astanasındadır”

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, plenar iclasdakı çıxışında Qərb ölkələrini “ATƏT-in dirçəliş şanslarını məhv etməkdə” günahlandırıb və təşkilatın “uçurumun astanasında olması” fikrini bildirib.

Öz çıxışında Qərb ölkələrinin “ATƏT-i NATO və Avropa Birliyinin əlavəsinə çevirdiyini deyən Lavrov, təşkilatın “canlandırması” zərurətindən şübhələndiyini bildirib.

O, öz çıxışında Kremlin Ukrayna müharibəsi ilə bağlı danışdığı məqamları təkrarlayıb, həmçinin Moldovanı “Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı” ola biləcəyi ilə hədələyib.

Lavrovun sözlərinə görə, Qərb emissarlarının və fondlarının fəaliyyət göstərdiyi bütün ölkələr bu barədə düşünməlidirlər.

Xatırladaq ki, keçən ilin fevralında Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Lavrov ilk dəfədir ki, belə bir görüşdə iştirak edir.

Yeri gəlmişkən, Şimali Makedoniya və Yunanıstan öz hava məkanını Rusiya nümayəndə heyətinin təyyarəsi üçün açmağa razılaşıb. Əvvəllər bu ölkələrin hakimiyyət orqanları Ukraynanın işğalı ilə əlaqədar sanksiyalar çərçivəsində Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasına qadağa qoymuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə