Türkiyənin Sakarya şəhərinin Karasu bölgəsində əyləncə məkanlarına 300 polisin iştirakı ilə təşkil edilən əxlaqsızlıq əməliyyatında 61 xarici vətəndaş olan qadınla 6 təşkilatçı saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təşkilatçılardan 5-i saxlanılarkən 61 qadından dördündə HİV virusuna rastlanılıb. Qadınların deportasiya edilməsi üçün işlərə başlanılıb. Əməliyyat əsnasında 6 təşkilatçı ilə 49-u Özbəkistan, 8-i Azərbaycan və 4-ü Türkmənistan əsilli 61 qadın olmaqla 67 şəxs saxlanılıb. Şübhəlilərin ünvanlarında edilən axtarışlarda 4 sənədsiz silah, 84 patron, 7 dolu kartuş ilə çoxlu miqdarda pul ələ keçirilib. Şübhəlilər əməliyyatdan sonra məhkəməyə göndəriliblər. Təşkilatçılardan 5-i "Əxlaqsızlığa kömək və yer təmin etmək" cinayətindən tutulublar. Bir nəfər isə nəzarət edilmək şərti ilə sərbəst buraxılıb. Qadınların deportasiya edilməsi üçün Sakarya əyaləti Köç İdarəsi tərəfindən işə başlanılıb.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB