Şou göstərən qadın ölümdən döndü

Şou göstərən qadın ölümdən döndü

Su pərisi geyimində olan qadın, ticarət mərkəzindəki nəhəng akvarium dibində quyruğu ilişib qaldıqdan sonra boğulmaqdan çətinliklə xilas olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə şənbə günü Cənubi Afrikanın Randburq şəhərindəki ticarət mərkəzində baş verib. Şou üçün su pərisi kostyumunda üzən qadın nəfəs almaq üçün akvariumun başına qalxmağa çalışsa da, kostyumun quyruğu qayaya ilişib. Bu vaxt nəfəsi kəsilən su pərisi çıxmağa çalışsa da, bacarmayıb və kostyumunu çıxararaq suyun üzərində üzüb. Qadının cəld reaksiyası onun sağ qalmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə