Qazaxıstanda qorxunc yanğın - 13 nəfər həyatını itirdi

Qazaxıstanda qorxunc yanğın - 13 nəfər həyatını itirdi

Qazaxıstanın Almatı şəhərindəki bir yataqxananın zirzəmisində 05:30 radələrində hələlik açıqlanmayan səbəblə əlaqədar yanğın çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əraziyə təcili yardım və yanğınsöndürənlər cəlb edilib.

Almatı şəhəri təcili yardım şöbəsindən verilən açıqlamada yanğınsöndürən qrupu 13 şəxsin cansız bədənini aşkar ediblər. İlk araşdırmalara görə, ölüm səbəblərinin dəm qazından zəhərlənmə olduğu, amma dəqiq səbəbin hələ də araşdırıldığı bildirilib. Yataqxanada tapılan 72 şəxsdən 59-nun öz imkanları ilə binanı tərk etdiyi, həmin şəxslərin yaşayış yeri və yeməklə təmin edildiyi qeyd olunub. Belə ki, Almatı şəhəri bələdiyyəsindən verilən açıqlamada yanğından ölənlərin 9-nun Qazaxıstan, 2-nin Rusiya, 2-nin Özbəkistan vətəndaşı olduğu paylaşılıb. Yanğının baş vermə səbəbinin araşdırılması üçün hökumət komissiyasının yaradıldığı da bildirilib. İlk araşdırmada yanğının zirzəmi qatındakı koridorda baş verdiyi göstərilərkən yataqxananın 1,5 ay əvvəl fəaliyyətə başladığı öyrənilib.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə