Zelenski hərbçilərlə görüşüb

Zelenski hərbçilərlə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttinə gedib. SİA xəbər verir ki, bunu dövlət başçısı öz teleqram hesabında yazıb.

O, şimal-şərq cəbhəsinin Kupyansk sektoru yaxınlığındakı şəxsi heyətlə görüşüb.

Ukrayna lideri bir qrup hərbçini mükafatlandırıb və onlara uğurlar arzulayıb.

"Döyüşçülərə göstərdikləri xidmətə, dövlətimizi qoruduqlarına görə təşəkkür edirəm! Onlara qələbə arzulayıram”, - V. Zelenski bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə