Türkiyədə özbəkistan əsilli olan, 27 yaşlı sevgilisinin üzünə kislata tökərək öldürən 45 yaşlı şəxsin cəzası məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs 19 il azadlıqdan məhrum edilib.
Belə ki, hadisə 2022-ci il mayın 9-da Karahayıt səmtindəki bir oteldə baş verib. Özgür Günden Özbəkistandan olan sevgilisi Sojidə Kalandorova və İstanbuldan gələn Qırğızıstandan olan dostu Sərvinoz Xayrullayeva ilə həftə sonu istirahəti üçün Pamukkalenin Karahayıt səmtindəki otelə gedib. Özgür Gündenin icazəsiz telefonunu yoxladığı üçün sevgilisi Kalandorova ilə arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Kişi termosdakı gizlətdiyi "kislata"nı götürüb. O, termosdakı "kislata"nı çarpayıda yatan sevgilisi Kalandorovanın üzərinə töküb. Bu vaxt eyvanda olan və qışqırıqları eşidib otağa daxil olan dostunada xəsarət yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə