Nazirlərə "Whatsapp" qadağan olundu

Nazirlərə "Whatsapp" qadağan olundu

Fransa hökumətinin üzvləri bundan sonra “WhatsApp”, “Telegram” və “Signal” proqramlarından istifadə edə bilməyəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, müvafiq qərar respublikanın baş naziri Elizabet Born tərəfindən qəbul edilib.

Sənədə əsasən, nazirlər cari ilin 8 dekabr tarixinədək Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) tərəfindən təsdiqlənməyən bütün mesajlaşma proqramlarını silməlidir.

Nazirlər Kabinetinin üzvlərinə sənəddə “ANSSI-dən təhlükəsizlik sertifikatı almış yeganə mesajlaşma platforması” kimi təsvir edilən "Olvid"dən istifadə etmək tövsiyə olunur. Onu istifadə etmək üçün SİM karta və ya telefon nömrəsinə ehtiyac yoxdur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə