Dominikanın cənubunda baş verən yol qəzasında 9 nəfər ölüb

Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətinin Aina bələdiyyəsində yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində azı 9 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin “Hoy” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 17 nəfər yaralanıb. Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilib. Zərərçəkənlər arasında iki azyaşlı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə