Ukrayna Kiprin taleyi ilə üzləşə bilər..?

...Çexiya baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Tomas Pojar Slovakiyanın “Dennik Postoj” nəşrinə bildirib ki, Ukrayna yunan və türk əhalisi arasında bölünmüş və “de-fakto Türkiyə tərəfindən işğal edilmiş” Kiprin taleyi ilə üzləşə bilər.

Onun sözlərinə görə, dünyada belə nümunələr çoxdur, “hər biri spesifikdir”.

...Ancaq ola bilər ki, orada hansısa cəbhə xətti yaradılsın və atəşkəs olsun. Gəlin sülh razılaşmasını gözləməyək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Poyar deyib.

Qeyd edək ki, yanvarın əvvəlində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Kiyevə Koreya ssenarisi üzrə nizamlanma təklif olunduğunu bildirmişdi.

Hə, amma Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Danilovun Koreya ssenarisi haqqında danışmağını “sadəcə arzu” adlandırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə