“Yaşlanan bir ata üçün qızdan qiymətli heç nə yoxdur..?”

Putinin qızı afrikalılara elektron səsvermə və əhaliyə nəzarəti öyrədəcək

...Vladimir Putin müxtəlif yollarla ABŞ və Avropanı qarşıdurmada Afrika ölkələrindən dəstək almağa çalışır. O, Qərbin imperiya siyasətindən danışır, Afrika liderlərini Sankt-Peterburqda özü ilə sammitə dəvət edir, altı ölkəyə 200 min ton taxıl pulsuz verəcəyini vəd edir, və onun indi keçmiş aşpazının şəxsi hərbi şirkəti qitənin bir sıra ölkələrində hərbi rejimlərin təhlükəsizliyini təmin edir.

...Və deyilənlərə görə, indi bu səylərə rəqəmsallaşma da əlavə olunacaq.

Bu arada 30-dan çox Afrika ölkəsinin nümayəndələri dekabr ayında Rusiya İT mütəxəssisləri və investorları ilə görüş üçün Moskvaya dəvət olunublar.

Yenə də deyilənlərə görə, onlara idarəetmənin keyfiyyətini artırmaq üçün rəqəmsal xidmətlərdən necə istifadə etməyin yolları göstəriləcək(?).

Qeyd edək ki, layihə “İnnopraktika” brendi altında fəaliyyət göstərən Milli İntellektual İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilir.

...Və ona Putinin kiçik qızı Yekaterina Tixonova rəhbərlik edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” yazır.

Rusiya afrikalı dövlət qulluqçularına rəqəmsal sahədə bilik və səriştələrini artırmağa kömək etsə, bu, hər iki tərəf üçün faydalı olacaq.

“İnnopraktika”nın icraçı direktorunun müavini və strateji tərəfdaşlıq direktoru Anastasiya Pavlenko iyulda Rusiya-Afrika sammitində bildirib ki, “...müstəqil elektron dövlət sistemlərinin yaradılması Afrika ölkələrinə öz suverenliyini gücləndirməyə imkan verəcək”.

Təbii ki, bütün bunlar öz yerində...

Amma “Bloomberg” qeyd edir ki, kibertəhlükəsizlikdən tutmuş dövlət xidmətləri və elektron səsverməyə qədər rəqəmsal layihələr həyata keçirməklə Moskva qitədə təsir üçün Çin, ABŞ və Avropa İttifaqı ilə rəqabətdə xal toplaya bilər.

Bu da öz yerində və amma...

...Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulaev oktyabrda bildirib ki, 49 milyon seçicinin yaşadığı 30 regionda artıq onlayn səsvermə təcrübəsi var və ondan 2024-cü ildə keçiriləcək prezident seçkilərində istifadə oluna bilər.

RBC-nin məlumatına görə, Kreml 70 faiz iştirakla Putinə səslərin 75 faizini almağı qarşısına məqsəd qoyub ki, seçkilərin nəticələri prezident üçün onun hakimiyyətdə olduğu bütün dövr ərzində rekord göstərici olsun.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə