Rostov-na-Donuda Vrangelin abidəsini söküblər

Rostov-na-Donuda kadet məktəbinin yaxınlığında yerləşən baron Pyotr Vrangelin abidəsi söküldü.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “161.ru” portalı məlumat yayıb.

Qeyd edək ki, Vrangelin abidəsi 2023-cü il noyabrın 7-də, 1917-ci il Oktyabr İnqilabı günündə ucaldılmışdı. Abidə Don Dövlət Texniki Universitetinin “İkinci Don İmperatoru II Nikolay Kadet Korpusu” kadet məktəbinin yaxınlığında qoyulmuşdu.

Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsi sədrinin birinci müavini Yuri Afonin RİA Novosti ilə söhbətində bildirib ki, sökülmə kommunistlərin dəfələrlə tələblərindən sonra baş verib. Onun sözlərinə görə, regional hakimiyyət “tamamilə düzgün qərar qəbul edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə