"Amundi" şirkətinin Türkiyənin yerli bazarına marağı artıb

Avropanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan "Amundi" son zamanlar Türkiyənin yerli bazarını daha konstruktiv qiymətləndirdiklərini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən "Amundi"nin Kommunikasiyalar Departamentinin rəhbəri Jais Mehaji təxminən 2 trilyon dollarlıq portfeli idarə edən şirkətin son dövrlərdə türk lirəsini daha müsbət qiymətləndirdiyi xəbərini təsdiqləyib.

Rəhbər "Amundi"nin Türkiyənin yerli bazarına qarşı daha konstruktiv olduğunu təsdiq edə bilərəm” deyib.

"Amundi"nin İnkişaf etməkdə olan Bazarlarda Sabit Gəlir Departamentinin rəhbəri Sergey Striqo "Reuters"ə verdiyi müsahibədə, "Hələlik təxsisatı (lirə ilə) artırmağa hazır deyilik. Amma bu, mütləq radar ekranımızdadır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə