Litva Kalininqraddan yük daşınmasını üç dəfə azaldıb

Litva sərhəd xidmətlərinin işinin ləngiməsi Kalininqrad vilayətindəki Çernışevskoye keçid məntəqəsində yük maşınlarının növbəsinin yaranmasına səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti xəbər verir.

...Noyabrın 25-dən Litva tərəfi Rusiya ilə sərhəddə yerləşən Kibartay keçid məntəqəsinin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb. Litvanın hərəkətləri Çernışevskoye keçid məntəqəsində Rusiya Federasiyasından çıxan nəqliyyatda sıxlığa və keçid məntəqəsinə gediş vaxtının əhəmiyyətli dərəcədə gecikməsinə səbəb olub.

Deyilənlərə görə, normal giriş rejimində Çernışevskoye keçid məntəqəsində elektron növbənin tutumu gündə 168 yük maşını və ya saatda 7 nəqliyyat vasitəsidir

Litva tərəfində işlərin ləngiməsi ilə əlaqədar faktiki ötürmə qabiliyyəti 2,8 dəfə - gündə 60 yük maşınına qədər azalıb. Bu o deməkdir ki, saatda üçdən çox avtomobil qeydiyyatdan keçə bilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə