Rusiyalı model İrina Dvizova və qızı Dayananı keşmiş əri öldürüb?

...Model İrina Dvizova və qızı Dayananın qadının keçmiş əri Andrey Kuşleviç tərəfindən öldürüldüyü iddia edilir. “Sabah” qəzeti mənbələrə istinadən xəbər verir ki, o, qurbanlarına 6 güllə atıb və sonra hadisə yerindən qaçıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Dvizovanın keçmiş əri noyabrın 20-də Ədirnə sərhəd-keçid məntəqəsindən avtomobillə Türkiyəyə daxil olub.

Qəzetin həmsöhbəti qeyd edib ki, bir neçə gün sonra Kuşleviç keçmiş ailəsinə baş çəkib və həyat yoldaşını eləcə də qızını soyuqqanlılıqla güllələyib.

Onun sözlərinə görə, polis pərdə və döşəmədə, həmçinin divanda qan izləri aşkar edib. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları altı giliz tapıblar.

İstintaq müəyyən edib ki, kiçik Dvizova tapançadan açılan atəş nəticəsində dünyasını dəyişib, bədənində üç güllə yarası olub, eyni tapançadan güllə yarası alan Dayana Dvizovanın isə bədənində iki güllə izi olub”.

Bunu da qəzetin həmsöhbəti qeyd edib və hadisədən sonra şübhəli şəxsin silahı zibilliyə atdığını da əlavə edib.

Noyabrın 24-də Kuşleviç beş yaşlı oğlu ilə birlikdə Türkiyəni tərk edib. O, hava limanına keçmiş həyat yoldaşına məxsus avtomobillə gedib. Mənbə bildirib ki, o, əvvəlcə Fransaya, daha sonra Litvaya yollanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə polisi Rusiya Daxili İşlər Nazirliyinin cinayət maddəsi ilə axtarışda olan Andrey Kuşleviçdən ikili qətldə şübhəli bilinir.

İlkin məlumatlara görə, Kuşleviç əvvəllər Fransa Xarici legionunda xidmət edib və Fransa vətəndaşlığını alıb. Legionda xidmət etdikdən sonra o, ukraynalı oliqarxın mühafizəçisi işləyib, sonra isə brilyant oğurladığına görə cəza çəkib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə