Ermənistan İngiltərə ilə hərbi əməkdaşlıq proqramı imzalayıb

Londonda keçirilən ikitərəfli strateji məsləhətləşmələrdən sonra Ermənistan və Böyük Britaniya arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Mesajda qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarlarına “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.

Görüşdə respublikanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib. Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

...Məsləhətləşmələr nəticəsində biz 2023-2024-cü illər üçün Ermənistan-Britaniya müdafiə əməkdaşlığı proqramı imzaladıq.

Bunu da mətbuat xidməti yayımlayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ermənistan BMT-yə müraciət edərək Qarabağ sakinlərini (?) “soyqırımdan qorumağa” çağırmışdı.

Onu da qeyd edək ki, noyabrın 28-də Dövlət Departamenti Ermənistan və Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanını müzakirə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə