İsrail qüvvələri 35 fələstinlini saxlayıb

İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsdə 35 fələstinlini saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin gecə və səhər saatlarında İordan çayının qərb sahili və Şərqi Qüdsdə basqınlar təşkil etdiyi bildirilib.

Bu basqınlar zamanı İsrail qüvvələrinin 35 fələstinlini saxladığı bildirilib.

Açıqlamada həmçinin oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayının 3325-ə çatdığı qeyd edilib.

Oktyabrın 7-dən etibarən İsrail qüvvələrinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinliləri saxlamalarının artması diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə