Rusiya məhkəməsi müğənni Camalanı qiyabi həbs edib

Moskva prokurorluğu ukraynalı müğənni Camala (Susana Camaladinova) qarşı qiyabi məhkəmə prosesinə hazırlıq barədə məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarənin Telegram-kanalında deyilir.

Qeyd olunur ki, müğənni Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda ittiham olunur. İttiham tərəfinin dediyinə görə, xüsusi hərbi əməliyyatın başlamasından qısa müddət sonra Camala nifrət motivlərini rəhbər tutaraq Rusiya hərbçilərinin hərəkətləri haqqında yalan məlumatı əks etdirən yazı dərc edib.

Deyilənlərə görə, işə Basmannı rayon məhkəməsi baxacaq.

...Moskva prokurorluğu Susana Camaladinovaya qarşı ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə ittiham olunur.

Bu prokurorluğun bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Moskva məhkəməsi jurnalist Anna Loykonu terrora haqq qazandırdığı iddiası ilə qiyabi həbs edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə