Küveyt Əmiri xəstəxanaya yerləşdirilib

Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Küveytin rəsmi KUNA xəbər agentliyi məlumat yayıb.
Məlumatda Küveyt Əmirinin sağlamlıq vəziyyətinin stabil olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə