İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (İNGV) verilən məlumata görə ...

İtaliyanın cənubundakı Etna vulkanı yenidən kül və lava səpdi.

SİA-nın əldə etdiyi məlumata görə, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında vulkanik fəaliyyət davam edir.

Noyabrın 12-də ay ərzində ilk dəfə aktivləşən vulkanın fəal cənub-şərq krateri ötən həftə sonu yenidən kül və lava püskürüb.

Etna dağının qarlı yamaclarından lava axıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (İNGV) verilən məlumata görə, Etnadakı vulkanik fəaliyyət cənub-şərq kraterilə məhdudlaşıb.

Bölgədən keçən təyyarələrə xəbərdarlıq edilib. Bu son vulkanik fəaliyyətdən Kataniyadakı Fontanarossa hava limanı zərər görməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə