Bu qadın kişilərə avtobus sürməyi öyrədir

Türkiyədə sürücülük kursunda işləyən Alimə Küçükçelebi kişilərə avtobus sürməyi öyrədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, sürücülük kursunda təlimçi olan qadın illərlə avtobus sürücüsü olub. O deyir ki, sürücülükdən sonra təlim verməyə başladım. Əvvəlcə tələbələrə qəribə gəlir, sonra öyrəşirlər.

Bildirək ki, bu qadın evli və üç uşaq anasıdır. İki ildir ki, sürücülük dərsləri verir. Avtobus sürmənin fərqli, müəllimliyin daha da fərqli olduğunu deyən "Şofer Nəbahat" ləqəbli Alime Küçükçelebi deyir: "Bildiklərimi öyrətmək çox gözəldir. Gün ərzində çoxlu dərslər olur. Həm maşın, həm də avtobus təlimçisiyəm. Bundan çox məmnunam".

Öyrənməyə gələn insanların onu gördükdə çox təəccübləndiklərini deyən Alimə söyləyir ki, böyük maşınlar onun hər şeyidir. O, Antalyada illərlə servis sürücüsü işləyib. O sonra təlimçi kimi fəaliyyət göstərib, maşın, daha sonra avtobuslarla davam edib. O deyir ki, qadınlar istəsə, hər şeyi edə bilərlər.

Tələbə Hüseyn Kumartaş deyir: "Təlimə gəldikdə avtobus sürücüsünün kişi olduğunu düşünürdüm. Alimə xanımı gördükdə təəccübləndim. Kursda bərabər avtobus sürərkən hamı bizə baxır".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə