HƏMAS-ın yüksək rütbəli rəhbərlərindən biri olan Üsame Həmdan amerikalı milyarder iş adamı İlon Maskı Qəzzaya dəvət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Həmdan, "İsrailin bombardmanının törətdiyi dağıntıların böyüklüyünü və xalqımıza qarşı törədilən cinayətlərin miqyasını görmək üçün Maskı Qəzzaya dəvət edirik" deyib.

Xatırladırıq ki, İlon Mask İsrailə səfəri zamanı Qəzzaya daha yaxşı gələcək təmin etmək üçün HƏMAS qruplaşmasını məhv etməkdən başqa variantın olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə