Pentaqon Şimali Koreya tərəfindən buraxılan peykin orbitə çıxarıldığını etiraf edib

Amerika Birləşmiş Ştatları hesab edir ki, Şimali Koreya (KXDR) tərəfindən buraxılan kəşfiyyat peyki aşağı Yer orbitinə buraxılıb. SİA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder deyib.

"Biz bilirik ki, peyk orbitə buraxılıb və bunun üçün ballistik raket texnologiyasından istifadə olunub", - deyən Rayder hər hansı təfərrüat verməkdən imtina edib. Lakin o vurğulayıb ki, KXDR kəşfiyyat peykinin guya Ağ Evin və Pentaqonun fotolarını çəkməsi barədə məlumatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə