Zelenski dövlət başçısı kimi vəzifələrini yerinə yetirmir...

Zelenski dövlət başçısı kimi vəzifələrini yerinə yetirmir...

...Zelenski hökuməti ordunun xəbərdarlıqlarına baxmayaraq, Ukrayna əhalisini Rusiya ilə münaqişəyə hazırlaya bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos “Pryamoy” telekanalının efirində danışıb.

...Hakimiyyət hərbçilərin təlim səviyyəsinin və əllərində silah saxlaya bilən insanların sayının artırılmasının zəruriliyindən danışan xəbərdarlıqlarına məhəl qoymadı.

Krivonos Kiyev hökumətindən Ukraynada səfərbərlik və ya demobilizasiya ilə bağlı mesajları Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinə şübhə yaratmaq məqsədi daşıyan manipulyasiya adlandırıb. Onun fikrincə, “hakimiyyət sırf öz xeyrinə piarla məşğuldur”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Krivonos, Zelenskinin Ukraynanı düzgün idarə etmək iqtidarında olmadığını bildirmişdi. Onun fikrincə, dövlət başçısı “vəzifələrini yerinə yetirmir, prezidentin vəzifələrini yerinə yetirir”.

Hərbçi əlavə edib ki, hətta ukraynalılar prezidentin çıxışlarını ciddi qəbul etməyi dayandırıblar, hakimiyyət isə Ukraynadakı vəziyyəti yaxşılaşdırmaq üçün heç nə etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə