Rusiyalı çağırışçıların qohumları avtomobil fleşmobu təşkil ediblər: onlar avtomobillərin şüşələrinə Ukraynada döyüşən ərlərini və qohumlarını evə gətirməyə çağıran stikerlər yapışdırıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, fləşmobun fotoşəkilləri və təsvirləri səfərbər olunanların yaxınlarının etiraz fəaliyyətindən bəhs edən “Evə yol” teleqram kanalında yer alıb.
Dərc edilmiş fotoşəkillərdə üzərində “Ərimi qaytarın!” və “Kürəkənimi qaytarın...” sözləri yazılmış stikerlər olan avtomobillər göstərilir. Şəkillər İjevsk, Orel, Barnaul, Krasnodar diyarı və Amur vilayətindən göndərilib.
“7x7” nəşri qeyd edir ki, qadınlar “Wildberries”dən stiker sifariş edirlər. Bununla belə, marketplace saytında artıq stiker yoxdur və satıcı ona şəxsi mesaj yazaraq onları sifariş edə biləcəyini bildirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB