Rusiya Ədliyyə Nazirliyi Amerika Avropa Siyasət Təhlili Mərkəzini Rusiyada fəaliyyəti qadağan edilən “arzuolunmaz təşkilatlar” reyestrinə daxil edib.
SİA-nın əldə etdiyi məlumata görə, Amerika Avropa Siyasət Təhlili Mərkəzi Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatıdır və məqsədi rəsmi internet saytında qeyd edildiyi kimi, “müasir tədqiqatlar, təhlillər eləcə də proqramlar vasitəsilə transatlantik ittifaqı gücləndirməkdir”.
Rusiya qanunvericiliyinə görə, arzuolunmazlar siyahısına daxil edilmiş təşkilatlarla əməkdaşlıq cinayət məsuliyyəti daşıyır. Belə ki, bu, 6 ilə qədər həbslə nəticələnə bilər.
Rusiyada artıq yüzdən çox təşkilat arzuolunmaz təşkilat kimi tanınıb, onların arasında QHT-lər, insan haqları və tədqiqat mərkəzləri, media, o cümlədən Rusiyada “Meduza” və “Dojd” kimi birliklər, dini və müxalifət birlikləri var.
Xüsusilə də, müxalif siyasətçi Vladimir Kara-Murza arzuolunmaz təşkilatın fəaliyyətində iştirak ittihamı ilə uzunmüddətli həbs cəzası çəkir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB