Murmanska gələn miqrantlar Norveçlə sərhədə aparılmayacaq

Murmanska gələn miqrantlar Norveçlə sərhədə aparılmayacaq

Murmansk vilayətinə Finlandiya ilə sərhədi keçmək və sığınacaq istəmək niyyəti ilə gələn miqrantlar Norveçlə sərhədə aparılmayacaq.

nın əldə etdiyi məlumata görə, “İnterfaks” bunu regionun operativ qərargahına istinadən xəbər verir.

Qeyd edək ki, Rusiya ilə Norveç arasında yeganə “Borisoglebsk” (Storskog) quru keçid məntəqəsi Murmansk vilayətinin Peçenqa rayonunda yerləşir.

Bundan əlavə, Norveç sərhədinə doğru əlavə keçid məntəqələrinin yerləşdirilməsi planlaşdırılmır.

Ənənəvi Titovka keçid məntəqəsi bu istiqamətdə fəaliyyətini davam etdirir.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Finlandiya hakimiyyəti noyabrın 30-dan dekabrın 13-dək Rusiya ilə sərhədi tamamilə bağlamaq qərarına gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə