Pekində dünyada ilk dəfə tədarük zənciri sərgisi işə başlayıb

Pekində dünyada ilk dəfə tədarük zənciri sərgisi işə başlayıb

Çinin paytaxtı Pekində dünya səviyyəsində ilk tədarük zənciri sərgisi işə başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Ortaq gələcək üçün dünyanı birləşdirək” devizi altında keçirilən Çin Beynəlxalq Tədarük Zənciri Sərgisində qlobal tədarük zəncirinin yuxarı, orta və aşağı sektorları üzrə yeni texnologiyalar, məhsul və xidmətlər təqdim olunur. Sərginin “ağıllı” avtomobil, “yaşıl” kənd təsərrüfatı, “təmiz” enerji, rəqəmsal texnologiyalar və sağlam yaşayış adlı 5 bölməsində Çindən və xaricdən 500-dən çox şirkət məhsullarını və xidmətlərini nümayiş etdirir.

Sərgi ilə paralel “Qlobal tədarük zənciri innovasiyası və inkişafı forumu” da keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə