İranın Rusiyadan aldığı qırıcı və helikopterlər...

İranın Rusiyadan aldığı qırıcı və helikopterlər...

İran hakimiyyəti Rusiyadan alınan hərbi təyyarələrin ölkəyə çatdırılma vaxtı ilə bağlı razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Tasnim xəbər agentliyinə müdafiə nazirinin müavini general Mehdi Fərahi danışıb.

Qeyd edək ki, bunlar Sovet İttifaqının dağılmasından sonra Moskvadan ilk rəsmi çatdırılmalardır.

Onu da qeyd edək ki, İran Su-35 çoxməqsədli qırıcıları, Mi-28 hücum helikopterləri və Yak-130 döyüş təlim təyyarələri alacaq.

Yeti gəlmişkən, İran sonuncu dəfə 1990-cı ildə xarici təyyarələr alıb. Belə ki, 1991-ci ildə İraqdan ölkəyə Sovet istehsalı olan qırıcılar və hücum təyyarələri gətirilmişdi.

Əslində İran Hərbi Hava Qüvvələrindəki qırıcıların əksəriyyəti 1979-cu il İslam İnqilabından əvvəl gətirilib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Moskva və Tehran hərbi əməkdaşlığı gücləndirib. Rusiya İrandan hücum və kəşfiyyat pilotsuz təyyarələri və onların istehsalı üçün lisenziya alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə