İngiltərənin keçmiş baş naziri Liz Trass “Wall Street Journal” üçün məqaləsində bildirib ki, ABŞ-ın növbəti prezidenti düşmən rejimləri şər və təhlükə adlandırmağa cəsarət edən mühafizəkar Respublikaçı namizəd olmalıdır. Çünki dünyanın Amerika rəhbərliyinə ehtiyacı var.
Trassın dediyinə görə, Moskva öz silahlı qüvvələrinin Vaşinqtonun qüdrətinə tab gətirə biləcəyi illüziyasına qapıldı. Amma Qərb Rusiyaya nokaut zərbəsi endirmək üçün lazım olan silahları Ukraynaya verməlidir. Bu, Rusiyanın Çin və İrandakı avtoritar himayədarlarına birbaşa mesaj göndərəcək.
Qeyd edək ki, keçmiş baş nazir Ukrayna Silahlı Qüvvələrinin kəmiyyətcə hərbi üstünlüyünü təmin etməyə çağırıb.
Trass, SSRİ-nin Soyuq Müharibədə uduzduğu və dağılması zamanı Qərbdə çoxlarının özündən razı qaldığı və azadlığın və demokratiyanın qələbəsinin əbədi olduğuna inandığı müşahidəsini bölüşüb.
Onun fikrincə, əslində bu belə deyil. O, misal kimi, Çinin Ümumdünya Ticarət Təşkilatına əlverişli şərtlərlə qəbul edildiyini və indi özünü Çinin “ömürlük hökmdarı elan edən” Si Cinpin “Honq-Konqda, Sincan əyalətində demokratiya və söz azadlığını boğduğunu göstərir.
Bundan əlavə, İran HƏMAS və digər yaraqlı qrupları dəstəkləyir və onun nüvə imkanları üzərində işləyir.
Belə görünür ki, bütün bunlar Trassı qane etmir.
...Soyuq Müharibə zamanı ABŞ Çinə və Şərqi Avropanın kommunist ölkələrinə ixraca nəzarət edən İngiltərə və Yaponiya da daxil olmaqla azad dünya ölkələrinin ittifaqına rəhbərlik edirdi, amma indi...
Deyəsən, Liz Trass arxada qalanlara görə, təəssüflənir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB