...Putinin Finlandiya sərhəddində qəsdən miqrasiya böhranı yaratmaq cəhdləri Finlandiya hökumətinin çevik reaksiyası nəticəsində uğursuzluğa düçar olub.
Və nəticədə Kremlin Finlandiyaya qarşı istifadə etmək istədiyi miqrantlar Rusiyada qalaraq, Putinin probleminə çevrilməkdədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ISW hesabatına istinadən Comments portalı məlumat yayıb.
Putinin miqrasiya böhranı yaratmaq planı iflasa uğrayıb(?).
Qeyd edək ki, bu arada Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin lazım gələrsə, Rusiya ilə sərhəddəki sonuncu keçid məntəqəsini bağlamağa hazır olduğunu bildirib.
Maraqlıdır ki, Baş nazirin bu mövqeyini Finlandiya hökuməti də dəstəkləyir və o, Rusiyanın süni şəkildə yaratdığı miqrasiya böhranını dayandırmaq üçün bütün lazımi tədbirləri görəcəyini bəyan edib.
Müharibə Araşdırmaları İnstitutu Rusiya mənbələrindən öyrənib ki, Putinin planı Rusiya prezidenti administrasiyasından Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsevə gəlib. Kolokoltsev miqrasiya böhranı yaratmaq üçün Finlandiya ilə sərhədlərə göndərmək üçün Afrika, Yaxın Şərq və digər ölkələrdən miqrantları Rusiyaya toplamalı imiş.
...Bununla belə, Finlandiya hakimiyyəti qeyri-qanuni miqrantların əksəriyyətinin sərhədi keçməsini dayandıra bilib. Və bununla da Kremlin həll etməli olduğu yeni problemləri meydana çıxıb(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB