Mossad rəhbəri Dohaya səfər edib

Mossad rəhbəri Dohaya səfər edib

Mossad rəhbəri "humanitar sülhün" uzadılmasını müzakirə etmək üçün Dohaya səfər edib. SİA xarici mənbələrə istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat xidmətinin Mossad rəhbəri David Barnea “humanitar fasilənin” uzadılması və məhbus mübadiləsinin davam etdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün Dohaya gedib.

Barnea mühasirəyə alınmış Qəzza zolağında baş verən qarşıdurmalarda “humanitar fasilənin” daha da uzadılması və tərəflər arasında əsir mübadiləsinin davam etdirilməsi məsələlərini müzakirə etmək üçün Qətərə gedib.

Barneanın Dohada Qətər rəsmiləri və ABŞ Xarici Kəşfiyyat Təşkilatının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns ilə görüşlər keçirəcəyi bildirilib.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə