Cənubi Afrikanın Rustenburq şəhərində işçiləri daşıyan liftin düşməsi nəticəsində 11 nəfər ölüb, 75 nəfər yaralanıb. SİA xarici mənbələrə istinadən bildirir ki, Cənubi Afrikanın Şimal-Qərb əyalətinin Rustenburq şəhərində "İmpala Platinum" şirkətinə məxsus mədəndə işçiləri daşıyan lift təxminən 200 metr hündürlükdən aşağı düşüb.
Şirkətdən verilən açıqlamada 86 işçinin olduğu liftdə 11 işçinin öldüyü, 75 işçinin isə yaralanaraq xəstəxanaya aparıldığı bildirilib. Digər tərəfdən qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir və şirkətin rayondakı bütün mədən fəaliyyəti dayandırılıb. Şirkətin baş direktoru Niko Müller, "Bu gün İmpala tarixinin ən qaranlıq günüdür" ifadəsini işlədib.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB