Ata və oğul arasında mübahisə düşüb. Daha sonra oğul atasını bıçaqlayaraq öldürüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, işləmədiyi üçün atası ilə mübahisə edən Mərd Can adlı şəxs daha sonra atasını bıçaqlayıb. Məhkəmədə o hər şeyi etiraf edib. Həmin şəxs atasını dəyənəklə döydüyünü, daha sonra onu yerə atıb 6 bıçaq zərbəsi vuraraq öldürdüyünü etiraf edib.
Prokurorluq təqsirləndirilən şəxsi "qəsdən adam öldürmə" maddəsi ilə 24 ilə qədər azadlıqdan məhrum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB