İsrail azadlığa buraxılacaq 50 fələstinli məhbusun siyahısını təsdiqləyib
İsrail blokada altındakı Qəzza zolağında döyüşlərdə humanitar fasilənin uzadılması üçün İsrail həbsxanalarından iki gün müddətinə azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada israilli məhbusların qarşıdurmada humanitar fasilənin uzadılması üçün buraxılacağı təqdirdə Qəzza zolağındakı həbsxanalardan azad ediləcək 50 fələstinli qadın məhbusun adlarının siyahısı açıqlanıb.
Bəyanatda başqa təfərrüatlara yer verilməyib, lakin atəşkəsin uzadılması ilə bağlı razılaşmada azadlığa buraxılacaq 60 fələstinli məhbusdan qalan 10-nun uşaq olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB