Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında humanitar atəşkəsin iki gün müddətinə uzadılmasına dair razılaşma olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama verib.
Qətər XİN-in rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib: "Davam edən vasitəçilik missiyası çərçivəsində Qətər Qəzza zolağında humanitar atəşkəsin iki gün müddətinə uzadılması barədə razılığın əldə olunduğunu elan edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB