ABŞ Prezidenti Co Bayden Qəzzada HƏMAS və İsrail arasında müvəqqəti atəşkəsin daha 2 gün uzadılması üçün intensiv səylər göstərdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bununla bağlı açıqlama verib.
ABŞ Prezidenti atəşkəs nəticəsində Qəzza zolağındakı mülki şəxslərə əlavə yardımın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb:
“Fələstin xalqı üçün sülh və ləyaqətli gələcək qurmaq üçün səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, İsraillə HƏMAS arasında atəşkəs daha iki gün artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB