Belarus iqtisadiyyatı ilin əvvəlindən 46 mindən çox işçisini itirib

Belarus iqtisadiyyatı ilin əvvəlindən 46 mindən çox işçisini itirib

Belarusda bu ilin əvvəlindən iqtisadiyyatda məşğul olanların sayı 46,3 min nəfər azalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belstat xəbər verib.

...Oktyabrda iqtisadiyyatda 4 milyon 143,3 min nəfər məşğul olub. Bu, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 46,3 min nəfər azdır.

Bununla yanaşı, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda məşğul olanlar 5,4 min nəfər çox olub.

Xatırladaq ki, bir qədər əvvəl ekspertlər işçi çatışmazlığının əsas səbəblərindən birinin əhalinin miqrasiyası, o cümlədən siyasi səbəblərlə bağlı olduğunu qeyd etmişdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə