ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, ABŞ və Almaniyanın Ukrayna prezidenti Vladimir Zelenskini Moskva ilə danışıqlara sövq etməsi ilə bağlı “Bild”-in xəbərini şərh edərkən, Rusiya ilə danışıqlarla bağlı qərarı Ukraynanın özü verməli olacağını deyib.
SİA rus saytlarına istinadən xəbər verir ki, O'Brayen bunu Amerika siyasətinə aid olmayan məsələ kimi dəyərləndirib.
“Biz həmişə demişik ki, bu, Ukraynanın öz daxili işidir”, -deyə Dövlət Departamenti rəhbərinin köməkçisi bildirib.
Xatırladaq ki, ötən həftə “Bild” nəşri hökumət dairələrindəki mənbələrə istinadən, ABŞ və Almaniyanın Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur etmək niyyətində olduqlarını yazmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB