Polşa Ukrayna ilə daha bir keçid məntəqəsini bağlayır?

Polşa Ukrayna ilə daha bir keçid məntəqəsini bağlayır?

Polşa sərhədçiləri Ukrayna ilə sərhəddəki Uqrinov-Dolqobiçev keçid məntəqəsindən yük maşınlarının keçidini bir sutkalıq dayandıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukrayna Dövlət Sərhəd Xidməti öz Telegram kanalında yayıb.

Qeyd olunur ki, yük maşınlarının keçidinin bir gün müddətinə dayandırılması barədə qərar təmir işləri və noyabrın 28-də keçid məntəqəsinin Polşa tərəfində elektrik enerjisinin kəsilməsi ilə əlaqədar tətbiq edilir.

Bundan əvvəl bildirilmişdi ki, bazar ertəsi, noyabrın 27-dən Polşa daşıyıcıları Polşa və Ukrayna sərhədində yerləşən Medıka-Şeqini keçid məntəqəsini gecə-gündüz blokadaya almağa başlayacaqlar. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib

Bundan əlavə, Slovakiya Avtomobil Daşıyıcıları İttifaqı dekabrın 1-də Ukrayna daşıyıcıları üçün icazə sisteminin bərpasında irəliləyiş əldə olunmasa, Vysne Nemecke - Ujqorod sərhəd-keçid məntəqəsindəki keçid məntəqəsini bu tarixə qədər bağlamaqla hədələyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə